"Araz meydana çıxaraq, "Anortosis"in sürətini artırdı": VİDEO

Kipr çempionatının XXVIII turunda "Anortosis" evdə "Apollon"la üz-üzə gəlib. 

 

Sportinfo.az xəbər verir ki, Larnakadakı "Antonis Papadopulos" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

 

Meydan sahiblərindən yeganə qolu 45+5-ci dəqiqədə Mixal Düriş vurub. "Apollon"dan isə 27 və 69-cu dəqiqələrdə Fotis Papulis fərqlənib. 


"Anortosis"də çıxış edən Azərbaycan millisinin üzvü Araz Abdullayev 48-ci dəqiqədən sonra oyunda olub. Bu nəticədən sonra "Apollon" APOEL-lə birgə 67 xalla ilk 2 yeri bölüşür. 57 xala malik "Anortosis" isə 3-cüdü. 

 

Abdullayevin komandasının məğlubiyyətinə baxmayaraq, yerli jurnalistlərdən yüksək qiymət alıb. "SportFM" saytı onun çıxışı barədə bunları qeyd edib:

 

"Araz meydana çıxaraq, "Anortosis"in sürətini artırdı. Ancaq bu, bərabərlik üçün kifayət etmədi. Bundan başqa, onun cərimə zərbəsindən fərqlənmək üçün yaxşı imkanı oldu, amma bundan yararlana bilmədi".

 

Tarix: 13 Mart 13:12    Oxunub: 386    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.