Özünü saxlaya bilmədi, onun üstünə hücum etdi, dalaşdı!


“Latsio”nun yarımmüdafiəçisi Luiş Nani təyyarədə azarkeşlə dalaşıb.

 

Sportinfo.az xəbər verir ki, hadisə “Kalyari” ilə səfər oyunundan (2:2) sonra baş verib.

 

Bir neçə azarkeş də komandanı Romaya gətirən təyyarədə olub. Fanat Naniyə oyununa görə irad bildirib. Özünü saxlaya bilməyən portuqal futbolçu onun üstünə hücum edib.

 

Onları sakitləşdirmək üçün digər futbolçular araya girməli olublar. Təyyarə reysi 20 dəqiqə yubanmalı olub.

 

Nani ilə mübahisə edən azarkeş təyyarənin arxa oturacağına yerləşdirilib. O, Romada bütün futbolçular salonu tərk etdikdən sonra təyyarədən buraxılıb.

Tarix: 13 Mart 13:00    Oxunub: 248    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.