UEFA klublarımıza hər hansı sanksiya tətbiq edəcək?

AFFA-nın son hesabatında 2017/18 mövsümü üçün Premyer Liqa təmsilçilərinin gəlirlərinin 21, xərclərinin isə 31 faiz artdığı əks olunub.

 

Bu isə “maliyyə feyr-pleyi”nin pozulması deməkdi.

 

Son illər UEFA bu məsələyə xüsusi diqqət ayırır. “Maliyyə feyr-pleyi”ni pozduqlarına görə klublarımıza hər hansı sanksiya tətbiq olunmayacaq ki? 


Sportinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov sualı belə cavablandırıb: “Maliyyə feyr-pleyi”nə düşən konkret rəqəm var.

 

Büdcəsi 5 milyon avroyaq qədər olan klublar üçün belə qorxu yoxdu. Bizdə bu limiti aşan cəmi iki klub var. Bir də ki, UEFA gəlirlə xərc arasında 30 faizdən yuxarı fərq olduqda həmin klubun fəaliyyətini araşdırır.

 

Məsələn, “Qarabağ”a görə bizə sorğu göndərilmişdi. Biz də cavabladıq. Gördülər ki, hər şey qaydasındadı”. 

 

Tarix: 13 Mart 11:48    Oxunub: 307    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.