Kapitan onun qızına tüpürdü

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager “Mançester Yunayted”in azarkeşi və onun 14 yaşlı qızının üzərinə tüpürüb.

 

Sportinfo.az xəbər verir ki, xoşagəlməz olay mersisaydlıların Premyer Liqanın XXX turu çərçivəsində “qırmızı-şeytanlar”a “Old Trafford”da 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş verib.

 

 

 

“Mançester Yunayted”in kişi azarkeşi yolda Karragerin avtomobilini görüb və öz maşınını onun yanına sürərək, pəncərəni endirməsini xahiş edib. Bu zaman fanat “Sky Sports”da ekspert kimi çalışan veteran futbolçuya bir neçə dəfə “Liverpul”un uduzduğunu xatırladıb.

 

Nəticədə özündən çıxan Karrager onun avtomobilinə tərəf tüpürüb. Həmin vaxt azarkeşin yanında 14 yaşlı qızı da olub.

 

Bildirilir ki, "Liverpul"un sabiq kapitanı daha sonra qıza və atasına zəng vuraraq üzr istəyib. “Sky Sports” rəhbərliyi isə veteranın davranışını “yolverilməz” adlandırıb.

Tarix: 13 Mart 11:24    Oxunub: 215    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.