“Bavariya”nın 3 ulduzu "Beşiktaş"a qarşı oynamayacaq

“Bavariya” itki ilə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, Almaniya Bundesliqasının 26-cı turunun “Hamburq”la ev oyununun (6:0) 46-cı dəqiqəsində meydana çıxan, lakin 65-ci dəqiqədə zədələnərək əvəzlənən Korenten Tolisso bir müddət Münhen təmsilçisinə kömək edə bilməyəcək.

 

Klubdan edilən açıqlamada 23 yaşlı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Beşiktaş”la cavab oyununu buraxacağı qeyd edilib.

 

Fransalı futbolçu ilə yanaşı, Kinqsli Koman və Manuel Noyer də zədə səbəbindən İstanbuldakı oyunda şans qazanmayacaq.

 

Əvəzində, bir müddətdi zədədən əziyyət çəkən, bu səbəbdən son turu buraxan Xames Rodriqes sıraya qayıdıb.

 

“Beşiktaş” - “Bavariya” oyunu martın 14-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Münhendə keçirilmiş ilk oyun almanların 5:0 hesablı qələbəsi ilə nəticələnib.

Tarix: 13 Mart 11:12    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.