Burakın azərbaycanlı oxşarı peşəkar futbolçu imiş - VİDEO/FOTO

"ARB TV”nin "Səhər-Səhər” verlişinə Burak Özçivitin azərbaycanlı oxşarı Bəkir Bəkirzadə qonaq olub.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycanda və Türkiyədə məşhur olan aktyor Burak Özçivitin azərbaycanlı oxşarı qızların əlindən şəhərdə rahat gəzə bilməməyindən danışıb:

 

"Bu oxşarlıq həyatımı yaxşıya doğru da dəyişdi, pisə doğru da. Harasa gedəndə insanların reaksiyası o qədər olur ki, hətta oturub çay belə içə bilmirəm”.

 

Heç bir sənətinin olmadığını deyən Bəkir peşəkar futbolçu olduğunu qeyd edib: "25 yaşım var. 10 yaş kiçiyəm Burak Özçivitdən. 

 

Mən Burak Özçivit haqqında oxumuşam. O, öz oxşarını bəyənmir. Amma əslində bu yaxşı hal deyil. Məsələn, mən sevdiyim futbolçunun oxşarını görsəm, və yaxud da ki, Bəkir Bəkirzadə kimi tanınsaydım hansısa bir sənət üzərindən və öz oxşarımı görsəydim, bu məni sevindirərdi ki, kimsə özünü mənə oxşadır. Mən özüm o insanla şəkil çəkdirərdim ki, bu insan mənim oxşarımdır”.

 
 
 

Tarix: 13 Mart 10:12    Oxunub: 475    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.