Qurban Qurbanovun istədiyi futbolçu millimizə gəlməyəcək?

Rusiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Makedoniya və Cəbəllütariq ilə oyunlar üçün heyəti açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, millinin baş məşqçisi Yevgeni Buşmanov heyətə 23 futbolçu çağırıb.

 

Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də var.

 

Rusiya martın 23-də Makedoniya, 27-də isə Cəbəllütariq yığması ilə qarşılaşacaq. Ruslar hər iki matçı səfərdə keçirəcəklər.

 

Əlavə edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov Ayazı diqqət mərkəzində saxladıqlarını açıqlamışdı.

Tarix: 13 Mart 10:00    Oxunub: 327    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.