"Qorxaq köpək kimi gəıib başımın arxasından sillə vurdu”.

“Arsenal”ın və Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil yeni çıxan “Futbolun sehri və gerçəkləşən xəyallar” kitabında ispan hücumçu David Vilya barədə ağır ifadələr işlədib.

 

Sportinfo.az xəbər verir ki, türk əsilli futbolçu kitabda 2011/12 mövsümündə, “Real”da çıxış etdiyi zaman “Barselona”ya qarşı keçirdikləri və 2:3 hesabıyla uduzduqları superkubokun cavab oyununda Vilyanın ona arxadan zərbə endirdiyini xatırladaraq, onu “qorxaq köpək” adlandırıb:

 

“Bir neçə saniyə ərzində hər şey bir-birinə qarışdı. Kənardan baxanda, bu səhnə bir-birini təhqir və təhdid edən, təxribata çəkən, ağ və qırmızı-göy formalarla örtülü bir yumağı xatırladırdı.

 

“Barsa”nın futbolçularının bir çoxu Marselonun yaxasından yapışmaq istəyirdi. Üstünə gedir, sıxışdırır, doğrudan da, xoş olmayan şəkildə təhqirlər edirdilər. Mən Marselonun qarşısına keçib, onu qoruyuram.

 

Başqa axmaqlıq etməsin deyə, onu geri çəkirəm. Amma mən ağlı başında olan biri kimi hərəkət etdiyim bir zamanda, David Vilya arxadan yaxınlaşaraq, qorxaq köpək kimi başımın arxasından sillə vurur. Əsl biabırçılıq idi!”.

 

Özil Vilyanın bu hərəkətindən sonra hövsələdən çıxdığını, onu çətinliklə sakitləşdirdiklərini qeyd edib. Məsut 2010-2013-cü illər aralığında “Real”ın uğurları üçün çalışıb.

Tarix: 13 Mart 09:24    Oxunub: 315    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.