Türkiyə klubu millimizin sabiq üzvü ilə yollarını ayırdı

“Manisaspor” Azərbaycan yığmasının sabiq üzvü Uğur Pamukla yollarını ayırıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin prezidenti Gökay Budak Türkiyə mətbuatına açıqlamasında məlumat verib.

 

Manisa klubunun rəhbəri bildirib ki, mövsümün qalan hissəsində gənc futbolçularla mübarizə aparmaq qərarına gəliblər. Bu üzdən də Uğur Pamuk və Timur Karagülməzlə müqaviləyə xitam veriblər.

 

Onların müqabiləsinin müddəti bu ilin 31 mayında bitəcəkdi. Lakin futbolçularla görüşən klub rəhbərliyi qarşılıqlı razılıq əsasında yolları ayırıblar. Uğur Pamuk vaxtilə “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında da forma geyinib.

Tarix: 13 Mart 08:36    Oxunub: 251    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.