"Ürəyimdəki problemdən sonra davam edib-etməyəcəyimlə bağlı çox düşünürdüm"

"Mançester Yunayted”in havbeki Maykl Kerrik mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.


Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu BBC-yə açıqlamasında belə deyib:

 

"Orqanizmim mənə dayanmaq lazım olduğunu deyir. Ürəyimdəki problemdən sonra davam edib-etməyəcəyimlə bağlı çox düşünürdüm.

 

Bərpa oldum və karyeramı öz şərtlərimə uyğun şəkildə bitirmək istədim. Formamı qorumalı, hazırlaşmalıyam. Hələ ki, məşqlərdən zövq alıram. Bir qədər oynamaq şansı qazanacağıma ümid edirəm”.

 

2006-cı ildən MY-nin şərəfini qoruyan Kerrik 5 dəfə İngiltərə Premyer Liqasının, Çempionlar Liqası və Avroliqanın qalibi olub.

 

İngiltərə yığmasında 34 oyun keçirən yarımmüdafiəçi daha öncə "Tottenhem”, "Vest Hem”, "Suindon Taun” və "Birmingem Siti”də top qovmağa imkan tapıb.

Tarix: 13 Mart 08:12    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.