Şəhriyar Məmmədyarov İddiaçılar turnirində ardıcıl ikinci dəfə heç-heçə etdi

Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar turnirində bu gün III turun görüşləri baş tutub.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla amerikalı Fabiano Karuana ilə üz-üzə gəlib.

 

Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da, 33 yaşlı qrossmeyster ardıcıl ikinci görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2 xal var. Digər görüşlərin nəticələri:

 

Levon Aronyan (Ermənistan) - Vladimir Kramnik (Rusiya) - 0:1

Sergey Karyakin (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5

Uesli So (ABŞ) - Din Lijen (Çin) - 0,5:0,5

 

Bu nəticələrdən sonra Kramnik 2,5 xalla liderliyə yüksəlib. Məmmədyarovla Karuana 2 xalla 2-3-cü yerləri bölüşür. Hərəyə 1,5 xalı olan Din Lijen və Qrişuk 4-5-ci yerlərdə qərarlaşıb. 6-7-ci pillələri bölüşən Aronyanla Karyakinin hərəyə 1 xalı, son pillədəki Sonun isə 0,5 xalı var.

 

IV turda Məmmədyarov ağ fiqurlarla Sonu sınağa çəkəcək. Həmçinin, Qrişuk - Lijen, Kramnik - Karuana və Karyakin - Aronyan görüşləri keçiriləcək.

 

İlk turda Məmmədyarov qara fiqurlarla İddiaçılar turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda isə erməni Levon Aronyanla qarşılaşan azərbaycanlı şahmatçı heç-heçəyə razı olub.

Tarix: 13 Mart 00:40    Oxunub: 158    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.