AFFA-nın ayırdığı 10 milyon havaya sovrulub: 31 qələbə, 18 heç-heçə, 51 məğlubiyyət

Martın 7-də “Bulvar otel”də AFFA-nın Hesabat Konfransı keçirildi.

 

Tədbirdə ötən il ərzində görülən işlərdən bəhs olundu, ölkənin futbol həyatında baş verən proseslər xatırlandı, eləcə də maliyyə məsələləri – gəlirlər və xərclər açıqlandı.

 

Məlum oldu ki, il ərzində millilərə 10 milyon 154 min 918 manat xərclənib. Bura əsas yığma, U-21, U-19, U-17 və U-16, qadınlardan ibarət əsas milli, U-19, U-17 və U-15, həmçinin futzal və çimərlik yığmamız daxildi.

 

Təbii, 10 milyon az vəsait deyil və bu qədər xərc çəkilirsə, qarşılığı olmalıdı. Əks halda, həmin pul sanki havaya sovrulur. Bu baxımdan sadalanan millilərin 2017-də keçirdiyi oyunlara, imza atdığı nəticələrə nəzər salmağı lazım bildik ("Futbol+").


A milli
Ötən mövsüm Robert Prosineçkinin rəhbərlik etdiyi milli 7 oyun keçirib ki, bunlardan yalnız biri yoldaşlıq matçı olub. Qalan görüşlər DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutub. Maraqlıdı ki, qazanılan iki qələbədən biri məhz həmin yoxlama oyununda qeydə alınıb. Rəsmi görüşlərdən isə San Marionunu məğlub edən milli digər 5 görüşdə uduzub. Nəticədə böyük ümidlərlə start verdiyimiz DÇ-ni məyusluqla başa vurduq. Bu nəticələrdən sonra Prosineçki postundan getdi və komanda Qurban Qurbanova tapşırıldı.
YO. 8 mart. Qətər - Azərbaycan 1:2
DÇ. 26 mart Azərbaycan - Almaniya 1:4
DÇ. 10 iyun Azərbaycan – Şimali İrlandiya 0:1
DÇ. 1 sentyabr Norveç – Azərbaycan 2:0
DÇ. 4 sentyabr Azərbaycan – San Marino 5:1
DÇ. 5 oktyabr Azərbaycan - Çexiya 1:2
DÇ. 8 oktyabr Almaniya – Azərbaycan 5:1
cəmi 7 2 0 5


U-16
16 yaşadək futbolçulardan ibarət yığma ötən il 5 oyunda qüvvəsini sınayıb. Vüqar Məmmədin rəhbərlik etdiyi komanda əsas milli kimi ili heç-heçəsiz başa vurub və yalnız 1 qələbəyə sevinib. U-16-nın mart və noyabr aylarında paytaxt Bakıda toplanışı təşkil olunub. Sentyabrda Gürcüstanda hazırlıq keçən milli yerli komanda ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayıb. Həmçinin noyabrda Türkiyədəki “AEGEAN CUP” beynəlxalq turnirinə qatılıb. Ötən il bu komandanı çalışdıran Vüqar Məmməd hazırda U-19-un “sükanı arxasındadı”.
YO. 25 sentyabr. Azərbaycan – Gürcüstan 2:5
YO. 27 sentyabr. Azərbaycan – Gürcüstan 1:2
BT. 19 noyabr. Azərbaycan – Albaniya 1:0
BT. 20 noyabr. Azərbaycan – Kosovo 0:2
BT. 23 noyabr. Azərbaycan – Türkiyə 0:6
cəmi 5 1 0 4


U-17
Ötən il ən çox təlim-məşq toplanışında olan və yoldaşlıq oyunları keçirən yığma U-17-di. Mirbağır İsayevin komandası ilin əvvəlində Antalyada hazırlıqda olub və 3 yoldaşlıq oyunu keçirib. Bu komanda fevralda, apreldə, mayda, avqustda, iki dəfə sentyabrda paytaxt Bakıda, iyulda isə İlisuda (Qax) təlim-məşq toplanışında olub. Bundan başqa, İsayevin yetirmələri apreldə Monteneqroda UEFA-nın “İnkişaf” turnirində iştirak edib, mayda Makedoniyada, avqustda Bosniya və Hersoqovinada yoldaşlıq matçları keçirib. Bu cür hazırlıq fonunda komanda AÇ-nin ilkin seçmə mərhələsində iki oyunda darmadağın oldu, bir görüşdə qələbə qazansa da, qrupda qaldı. Hazırda sözügedən yığma Ramin Quliyevə tapşırılıb. Yeri gəlmişkən, aşağıda göstərdiyimiz oyunların siyahısında U-17-nin fevralda Bakıda keçirilən hazırlıq prosesi çərçivəsində U-18-lə heç-heçə (2:2) etdiyi oyunu nəzərə almamışıq. 
YO. 26 yanvar. Azərbaycan - Səudiyyə Ərəbistanı (U-21) 0:4
YO. 28 yanvar. Azərbaycan - Sudan (U-20) 0:4
YO. 31 yanvar. Azərbaycan – Kartalspor (U-19) 2:2
BT. 25 aprel. Azərbaycan - Bosniya və Hersoqovina 0:3
BT. 27 aprel. Monteneqro - Azərbaycan 3:0
BT. 29 aprel. Azərbaycan - Qazaxıstan 1:1, p. - 3:4
YO. 16 may. Azərbaycan - Makedoniya 1:1
YO. 18 may. Azərbaycan - Makedoniya 2:0
YO. 25 iyul. Azərbaycan - Kəpəz (əvəzedicilər) 2:0
YO. 29 iyul. Azərbaycan - Qəbələ (əvəzedicilər) 1:1
YO. 14 avqust. Bosniya və Hersoqovina - Azərbaycan 0:0
YO. 16 avqust. Bosniya və Hersoqovina - Azərbaycan 2:1
YO. 4 oktyabr. Azərbaycan – Partizan (U-19) 0:0
AÇ. 10 oktyabr. İrlandiya - Azərbaycan 6:0
AÇ. 13 oktyabr. Ukrayna - Azərbaycan 6:1
AÇ. 16. oktyabr. Azərbaycan - Bolqarıstan 2:1
cəmi 16 3 5 8 


U-19
2017-yə “Qranatkin” turniri ilə start verən U-19 bu yarışda 9-cu oldu. Komanda fevral, mart, aprel, avqust və sentyabrda Bakıda təlim-məşq toplanışına yığışıb. Martda hazırlıq üçün Estoniyaya yollanan Təbriz Həsənovun yetirmələri bu ölkənin millisi ilə yoldaşlıq oyunları keçirib. Həmçinin yığmanın AÇ-nin seçmə mərhələsindən öncə Almaniyada təlim-məşq toplanışı təşkil edilib. Ancaq tiskldə 1 heç-heçə edib, qalan iki görüşdə uduzan milli qrupda 4-cü yeri tutaraq elit mərhələyə vəsiqə qazana bilmədi. Beləcə, Həsənov istefaya göndərildi və yuxarıda qeyd etdiyimiz kimi, onu Vüqar Məmməd əvəzlədi.
BT. 9 yanvar. Azərbaycan - Litva 1:2
BT. 11 yanvar. Azərbaycan - Qazaxıstan 2:2
BT. 13 yanvar. Azərbaycan - Slovakiya 0:1
BT. 15 yanvar. Azərbaycan - İran 1:0
BT. 17 yanvar. Azərbaycan - Estoniya 3:0
BT. 20 yanvar. Azərbaycan - Belarus 1:1, p. - 5:4
YO. 25 mart. Azərbaycan – Estoniya 0:0
YO. 27 mart. Azərbaycan – Estoniya 5:2
YO. 11 aprel. Azərbaycan – Makedoniya 0:1
YO. 13 aprel. Azərbaycan – Makedoniya 1:0
AÇ. 4 oktyabr. Azərbaycan – İrlandiya 0:0
AÇ. 7 oktaybr. Azərbaycan – Serbiya 1:4
AÇ. 10 oktyabr. Azərbaycan – Cənubi Kipr 0:2
cəmi 13 5 3 5


U-21
Ötən ilin yanvarında U-21 də Antalyada toplanışda oldu və qardaş ölkədə yoldaşlıq oyunları keçirdi. Bundan başqa, Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv martda Bakıda, mayın sonu – iyunun əvvəlində Avstiyada hazırlıq prosesi keçdi. Ancaq seçmə mərhələdə komanda olduqca uğursuz çıxış etdi. İsrail və İrlandiyaya məğlubiyyətlərdən sonra Vahabzadə istefa verdi, onun yerinə köməkçisi Samir Ələkbərov gətirildi. Sonuncunun başçılığı altında yığma evdə və səfərdə Alçaniya önündə darmadağın oldu, yalnız “doğma divarlar” arasında Kosovo ilə görüşdə tsikldəki ilk xalını qazandı. Həmin ərəfədə U-21-də yaşanan söz-söhbət, qalmaqal ilin əsas olayına çevrildi. Ələkbərovdan sonra isə milli Rəşad Sadıqova həvalə olundu. Onu da qeyd edək ki, U-21 ötən il qələbə üzü görmədi.
YO. 13 yanvar. Azərbaycan – Rot Veys Erfurt 0:0
YO. 16 yanvar. Azərbaycan – Germania Egesfort 2:4
YO. 19 yanvar. Azərbaycan - Səudiyyə Ərəbistanı 0:1
YO. 20 yanvar. Azərbaycan – Sudan (U-20) 1:4
YO. 28 mart. Türkiyə - Azərbayan 4:0
YO. 5 iyun Azərbaycan - Çexiya 0:5
YO. 8 iyun. Azərbaycan - Çexiya 1:2
AÇ. 31 avqust. İsrail - Azərbaycan 3:1
AÇ. 5 sentyabr. Azərbaycan - İrlandiya 1:3
AÇ. 6 oktyabr. Almaniya - Azərbaycan 6:1
AÇ. 9 noyabr. Azərbaycan – Almaniya 0:6
AÇ. 14 noyabr. Azərbaycan – Kosovo 0:0
cəmi 12 0 2 10


Qadınlar
U-17

Qızlardan ibarət U-15 haqda uzun-uzadı danışmağa ehtiyac yoxdu. Bu komanda yalnız U-17-yə kömək məqsədilə fəaliyyət göstərir. Ötən ildə bu komanda yanvar, may və iyunda Bakıda təlim-məşq toplanışında olub. 17 yaşlılara gəlincə, bu komanda yanvarda və sentyabrda Bakıda, avqustda Zaqatalada təlim-məşq toplanışı keçib. Fevralda Gürcüstanda hazırlıq prosesində olan komanda bu ölkənin millisi ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayıb. Apreldə Monteneqroda, iyulda Estoniyada keçirilən UEFA-nın “İnkişaf” turnirinə qatılıb. Oktyabrda isə AÇ-nin seçmə mərhələsində çıxış edib. Siyasət Əsgərovun komandası Bakıda keçirilən oyunlarda 1 xalla qrupu 3-cü yerdə bitirsə də, ən yaxşı göstəriciyə malik üçüncülərdən biri kimi elit mərhələyə vəsiqə qazanıb.
10-15 fevral, Tiflis
YO. Azərbaycan - Gürcüstan 1:0
YO. Azərbaycan – Gürcüstan 1:1
16-21 aprel, Monteneqro
BT. Azərbaycan – Bosniya və Herseqovina 1:3
BT. Monteneqro - Azərbaycan 1:1, p. - 4:5 
BT. Azərbaycan - Qazaxıstan 2:0
3-7 iyul, Estoniya
BT. Azərbaycan – Finlandiya 0:5
BT. Azərbaycan – Malta 1:2
BT. Estoniya – Azərbaycan 1:4
1-9 oktyabr, Bakı
AÇ. İslandiya - Azərbaycan 2:0
AÇ. Azərbaycan – İspaniya 0:3
AÇ. Azərbaycan – Monteneqro 1:1
cəmi 11 4 2 5


U-19
Qadınlardan ibarət U-19 isə martda “Kuban baharı” turnirinə qatılıb, mayda Özbəkistanda təlim-məşq toplanışında olub və orda yoldaşlıq oyunları keçirib, mayda Qazaxıstanda UEFA-nın “İnkişaf” turnirində iştirak edib. 17 yaşlılar kimi U-19 da seçmə mərhələni uğurla dəf edib, elit mərhələyə yüksəldi. Belə ki, Vüqar əsgərlinin yetirmələri 4 xalla qrupu 2-ci yerdə başa vurdu.
BT. 18 mart. Azərbaycan – Rumıniya 1:4
BT. 20 mart. Rusiya – Azərbaycan 1:0
BT. 22 mart. Azərbaycan – Belarus 1:1
BT. 24 mart. Kubanoçka – Azərbaycan 1:2
BT. 26 mart. Azərbaycan – Rumıniya 3:2
YO. 3 may. Azərbaycan – Özbəkistan 0:0
YO. 5 may. Özbəkistan – Azərbaycan 2:0
BT. 17 may. Ukrayna - Azərbaycan 3:0
BT. 18 may. Azərbaycan – Qazaxıstan 3:2
BT. 20 may. Gürcüstan – Azərbaycan 0:4
AÇ. 25 oktyabr. Azərbaycan – Ukrayna 2:0
AÇ. 27 oktyabr. Azərbaycan – İspaniya 0:6
AÇ. 31 oktyabr. Azərbaycan – Albaniya 0:0
cəmi 13 5 3 5


Əsas yığma
Qadınlardan ibarət əsas komanda isə fevralın sonu – martın əvvəlində BƏƏ-də, iyulda Bakıda təlim-məşq toplanışı keçib. İl ərzində 4 yoldaşlıq oyunu keçirib. Maraqlıdı ki, komanda bütün oyunlarda qələbə qazanıb.
YO. 2 mart. Azərbaycan – BƏƏ 3:2 
YO. 5 mart. BƏƏ - Azərbaycan 0:1
YO. 26 iyul. Azərbaycan – Qazaxıstan 1:0 
YO. 29 iyul. Azərbaycan – Qazaxıstan 4:2
cəmi 4 4 0 0 


Futzal
Martda Moldova ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayan futzalçılarımız apreldə AÇ-nin seçmə mərhələsində mübarizə apardı. Burda hər 3 oyunda qalib gələn milli final mərhələsinə vəsiqə qazandı. Dekabrda isə İranda futzal turnirində iştirak edən Joze Alesionun yetirmələri 2 heç-heçə etdi, 1 dəfə məğlub oldu. 
YO. 29 mart. Azərbaycan - Moldova 6:1
YO. 30 mart. Azərbaycan - Moldova 3:2
AÇ. 8 aprel. Azərbaycan – Bosniya və Hersoqovina 5:4
AÇ. 9 aprel. Azərbaycan – Albaniya 5:0
AÇ. 11 aprel. Azərbaycan – Macarıstan 6:1
BT. 3 dekabr. Azərbaycan – İran 3:3
BT. 4 dekabr. Azərbaycan – Rusiya 3:4
BT. 6 dekabr. Azərbaycan – Qazaxıstan 3:3
cəmi 8 5 2 1 


Çimərlik futbolu
Ötən il yığmaya İlham Əzizzadə rəhbərlik edirdi. Onun başçılığı altında komanda A divizionunda yerini qorudu. Artıq yığma Zeynal Zeynalova həvalə olunub.
BT. 30 iyun. Azərbaycan – Türkiyə 1:2
BT. 1 iyul. Azərbaycan – Litva 7:3
BT. 2 iyul. Belarus – Azərbaycan 4:3
AÇ. 11 avqust. Portuqaliya – Azərbaycan 9:3
AÇ. 12 avqust. Belarus – Azərbaycan 4:1
AÇ. 13 avqust. Polşa – Azərbaycan 5:4
AÇ. 25 avqust. İtaliya – Azərbaycan 3:2
AÇ. 26 avqust. Ukrayna – Azərbaycan 4:3
AÇ. 27 avqust. Almaniya – Azərbaycan 0:3
YO. 22 oktyabr. Azərbaycan – Belarus 4:5
YO. 25 oktyabr. Belarus – Azərbaycan 4:4
cəmi 11 2 1 8


Yekun
Göründüyü kimi, yığmalar 2017-ci ildə ümumilikdə 100 oyun keçirib. Bunun 31-də qalib gələn təmsilçilərimiz 18 heç-heçə edib, 51 dəfə meydanı məğlub tərk edib. Başqa sözlə, yenilgi sayı qələbə və heç-heçələrin cəmindən çoxdu. Bu komandalara isə 10 milyon manatdan artıq vəsait ayrılıb.

 

Yuxarıda sadaladığımız təlim-məşq toplanışılarının sayı hədsiz çoxdu. Fakt budu ki, qadınlardan ibarət yığmalar daha fərasətli çıxıb. Belə ki, zərif cinsin nümayəndələrindən təşkil olunan U-17 və U-19 elit mərhələyə vəsiqə qazanıb.

 

Ancaq kişilərdən ibarət yığmaların nəticəsi bərbaddı. 2016-cı ildə əsas komandanın mundiala vəsiqə qazanacağını düşünsək də, ötən il xəyallarımız alt-üst oldu. Qətərlə yoldaşlıq, San Marino ilə seçşmə mərhələ görüşlərindən başqa Prosineçkinin yetirmələri bütün oyunlarda uduzdu. Nəticədə qrupu 5-ci yerdə başa vurduq ki, bu da illərdi sürən uğursuzluğun davamından başqa bir şey deyildi.

 

“Sükanı arxasında” iki məşqi dəyişdirilən U-21-dən isə danışmaq mənasızdı. Dərd burasındadı ki, bu komanda artıq seçmə mərhələdə iddiasını itirib. U-17 və U-19-a gəlincə, qeyd etdiyimiz kimi, ilboyu bu komandalar üçün təlim-məşq toplanışları təşkil olunub. Ancaq hər iki komanda elit mərhələyə vəsiqə qazanmaması həmin pulların boşuna getdiyi anlamına gəlir.

 

Həmin şəraitin qarşılığının verilməməsi isə dəyişiklikləri labüd etdi. Futzal və çimərlik yığmalarının ötənilki çıxışını normal qiymətləndirmək olar. Ən azı ona görə ki, hər iki komanda qarşıya qoyulan hədəfə çata bildi.

Tarix: 13 Mart 00:30    Oxunub: 444    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.