Silah olayına görə Super Liqa oyunları təxirə salındı

Yunanıstan Super Liqasının oyunları təxirə salınıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

 

Belə ki, PAOK - AEK oyunundan sonra yaşanmış qalmaqala görə çempionatın bütün oyunları təxirə salınb.

 

Yunanıstanın idman naziri George Vassiliadis və baş nazir Aleksis Çiprasın görüşündən sonra çempionatın bütün görüşlərinin qeyri-müəyyən vaxta təxirə salınması barədə qərar qəbul edilib.

 

Çempionatın 25-ci turunda keçirilən PAOK - AEK oyununda ixtişaş baş verib. Hakim PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb.

 

Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb.

 

Qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Hazırda Savvidinin polisdəki soruşdurmasının davam etdiyi qeyd edilib.

Tarix: 13 Mart 00:00    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.