Yeni iş yeri məlum oldu

Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutskinin yeni iş yeri müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Hollandiyada çalışacaq.

 

Erediviziyada çıxış edən “Vitess” klubu rusiyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalayıb. Slutski “Vitess”də mövsümün sonunda komandanı tərk edəcək Henk Freyzeri əvəzləyəcək.

 

“Vitess” 27 turdan sonra Erediviziyada 6-cı pillədə qərarlaşıb. “Olimpiya”, “Uralan”, "Moskva", “Krılya Sovetov”, ÇSKA və Rusiya millisində çalışmış Slutskinin son iş yeri İngiltərənin “Hall Siti” klubu olub.

Tarix: 12 Mart 20:48    Oxunub: 272    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.