"Zirə"də yeni baş məşqçi – Ayxan Abbasovun əvəzinə əcnəbi?

Yeni ildən sonra komandanın uğursuz çıxış etməsi «Zirə» rəhbərliyində, daha doğrusu, himayədarlarında böyük narahatlıq yaradıb.

 

5 turun heç birində qalib gələ bilməyən və yalnız 2 xal toplayan «qartallar»ın Ayxan Abbasovla vidalaşması artıq… Realdı!

 

İki ilə yaxındı sükan arxasında olan təcrübəsiz mütəxəssis kölgədəki klub yiyələrinin gözündən düşüb.


Abbasov bu təhlükəni kürəyinin arxasında hiss edir. Necə də olmasa, avrokuboklara vəsiqə qazanmaqları çətinləşib. «Sumqayıt» onlardan cəmi 1 xal geridədi. Üstəlik, komandadaxili atmosfer nəzarətdən çıxıb.

 

Futbolçular, xüsusən legionerlər hazırkı baş məşqçini saymır. Onu, ümumiyyətdə, sayan, ciddiyə alan azdı. Hər oyunda alınan sarı və qırmızı vərəqələrin çoxluğu Abbasovun nizam-intizam məsələsində əlacsız duruma düşməsini göstərir. 


Bütün hallarda vəziyyət kritikdi. Ardıcıl məğlubiyyətlər komandanın özüinamını itirməsinə səbəb olub.

 

«Neftçi»nin sabiq vitse-prezidenti Tahir Süleymanovun sözü olmasın, hazırkı məqamda «Zirə» rəhbərliyinin düşərgədəkilərə öz varlığını göstərməsi, kənar təsirlərə sipər çəkməsi vacibdi.

 

Amma kimdi onlar? Heç biri üzdə deyil.

 

Tanıdığımız bircə Natiq İsmayılovdu, prezident olduğu deyilən bu şəxs isə qaçıb gizlənib. Telefonu açıqdı, gəl ki, zəngə cavab vermir. Yağlı əppək olub, çəkilib göylərə. Nə isə bir iş görməsi nəzərə çarpmır. Görsəydi, himayədarlarla Abbasov arasında boşluq yaranmaz, münasibətlər sərinləşməzdi. 


«Zirə» avrokuboklara vəsiqə qazanmasa, yeni baş məşqçi əcnəbi olacaq. Əslində, sponsorlar hələ 2 il öncə, Adil Şükürov istefaya göndərilən ərəfədə komandanı xaricə mütəxəssisə əmanət etməyi düşünürdü.

 

Bəzi məsləhətçi-məşvərətçilər planı önlədi. Bu dəfə isə Abbasovu nəticədən savayı heç nə xilas edə bilməyəcək. Çünki bu yerə keçməsi düşünülən namizdlərin siyahısı günbəgün genişlənməkdədi.


SPORTİNFO.AZ

Tarix: 12 Mart 20:36    Oxunub: 911    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.