Dünya çempionatından kənar qalmaq təhlükəsi var

“Tottenhem”in və İngiltərə millisinin hücumçusu Harri Keyn "Bornmut"la matçda ciddi zədə alıb.

 

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunun qarşılaşmasında rəqib qolkiper Asmir Beqoviçlə mübarizə zamanı zədələnən forvard uzun müddət yaşıl meydandan kənarda qala bilər.

 

Bu barədə Britaniya mətbuatı xəbər yayıb. Keynin dünya çempionatından kənar qalmaq təhlükəsi də var.

 

24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 24 qol vurub və bombardirlik yarışında Məhəmməd Salahla birgə başçılıq edir.

Tarix: 12 Mart 20:00    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.