Yunis Hüseynov: "Guya… indi də nə gəldi deyirlər"

«Son vaxtlar bizim futbolçular mətbuatda yerli-yersiz çox tənqid olunur».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in baş məşqçisi Yunis Hüseynov deyib.


O, Şandon Vinçester, Samir Zərgərov və Dieqo Souzanın artıq çəkidən əziyyət çəkməsi barədə iddiaları rədd edib:

 

«Bizdə qayda belədi: hər gün futbolçuların çəkisini yoxlayırıq. Komandaya 1-2 günlük istirahət veriləndə də, tapşırırıq ki, çəkinizə diqqət edin.

 

Hər gün həvəskar səviyyədə idmanla məşğul olan adi adam da 1 gün fikir verməyəndə, görürsən ki, kökəlir. Qısamüddətli istirahətdən qayıdan futbolçunun 1-2 kilo kökəlməsi adi haldı. Sonra o, məşqdə əvvəlki formasını alır.

 

Çəkisinin qayğısına qalmayanın cəriməsi var, hamısı bunu bilir. Bəzən futbolçularımızın kök olması haqda yalandan elə şeylər yazırlar ki, əsəbləşirəm. Guya, hər gün onların yanında olurlar, qabaq hansı çəkiylə oynadıqlarını bilirlər, indi də nə gəldi deyirlər.

 

Mən bilirəm ki, kimin çəkisi nə qədərdi. Antalya toplanışına gedəndə, bəli, artıq çəkidən əziyyət çəkənlər varıydı, artıq hamısı öz qaydasındadı.

 

Futbolçudan futbolçuya fərq var, hər birinin bədən qurluşu başqa-başqadı. Mənə onun oyunu və verdiyim tapşırıqları yerinə yetirməsi lazımdı, başqa heç nə.

 

Qarşıdan 15 günlük fasilə gəlir. Milliyə görə çempionatda yaranacaq fasilə müddətində boş oturmayacağıq, həmişkindən də çox məşq edəcəyik".

Tarix: 12 Mart 19:48    Oxunub: 531    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.