TƏKLİF - “Qarabağ” çempionrata “- 10“la başlasın!

“Qarabağ” ardıcıl 7 oyundu evdə qol buraxmır.

 

Qurban Qurbanovun komandası sonuncu dəfə 2017-ci il sentyabrın 22-də “Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına üzülüb.

 

Həmin görüşdən sonra 169 gündü qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə”ylə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıb. 

 

Bəxtiyar Həsənəlızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.


Evdə 7 matçda qol buraxmayan “Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdı.


“Qarabağ” məğlubiyyətsiz seriyalarını da uzadıb - evdə 15, ümumilikdə 11 oyundu uduzmurlar. Peşəkar Futbol Liqasına bir təklifim var, xahişim budu ki, bir gözdən keçirsinlər.

 

Təklifim ondan ibarətdi ki, təşkilatçı qurum «Qarabağ»ın qarşıdakı «futbol ili»ndən etibarən Premyer Liqaya -10 xalla başlamasına qərar versin. Çempionatda intriqa yaratmağın ikinci çarəsini və yolunu görmürəm.

 

Gedişatı, ab-havanı dəyişmək gərəkdi. «Qarabağ» demək olar 5-cxi çempionluğunu da təmin edib və yaxın illərdə ona ciddi rəqib olacaq iddialı qalmayıb.

 

Bir «Qəbələ»di, onların da problemləri başlarından aşır, yayılan xəbərlərə inansaq, Heydərovlar klubun maliyyə qaynağını bir qədər də kiçiltməyə hazırlaşır. «Bir aktyor»un tamaşası»na nə qədər baxmaq olar axı?

 

Vallah, mənə elə gəlir ki, PFL məsələ qaldırsa, Qurbanov «-10» təklifinə etiraz bildirməz. İkiəlli dəstəkləyər deyə, düşünürəm. Belə çempionat olmaz ki... Sezon start götürməmiş, bilinir ki, hansıdı birincidi, hansıdı ikinci, hansıdı üçüncü  hansı.

 

Bu yarışmadı ki? «Qarabağ»ın oyununda son vaxtlar ciddi düşüş var. Tər axıtmadan, meydanda gəzə-gəzə, yeriyə-yeriyə qalib gəlirlər faktiki. Üç-dörd əvvəllə qayıtsaydıq, «Qarabağ» indiki futbolu ilə qızıl medallar uğrunda mübarizə apara bilməzdi.

 

Bu gün aparır ona görə ki, rəqibsizlik istər-istəməz Qurbanovun futbolçularına mənfi təsir göstərib və baş məşqçi nə edir-etsin, hansı mortiva vasitəsinə güc verir-versin, alınası deyil. Premyer Liqanın ümumi mənzərəsi çox cılızlaşıb və bu vəziyyət ilk növbədə «Qarabağ»ın ziyanına işləyir.

 

Daxili çempionatın rentabelliyini itirməsi avrokuboklarda yeni uğurlar əldə etməyin deyil, öncəki uğurları təkrarlamağın özünü təhdid altına alır. UEFA-nın ÇL və AL-nın qrup mərhələsinə aparan yolu sərtləşdirən yeni qaydaları yaxınlarda təsliqləməsindən sonra ümumiyyətlə!


KAMİL

Tarix: 12 Mart 19:00    Oxunub: 560    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.