“Real”ın 160 milyonluq Məhəmməd Salah planı

“Real” “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salahın xidmətində maraqlıdı.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb.

 

Xəbərdə “kral klubu”nun misirli futbolçunun transferi üçün 160 milyon avro ödəməyə hazır olduğu qeyd edilib. Madrid təmsilçisi Salaha yayda komandadan ayrılacağı gözlənilən Qaret Beylin əvəzedicisi kimi baxır.

 

Misir millisinin üzvü “Liverpul”a ötən ilin yayında, “Roma”dan 40 milyon avro qarşılığında transfer edilib. 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 24 qola imza ataraq, Harri Keynlə birlikdə bombardirlər siyahısına başçılıq edir.

Tarix: 12 Mart 18:36    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.