Baş məşqçi qadın jurnalistə elə ədəbsiz cavab verdi ki...

"Napoli"nin baş məşqçisi Maurisio Sarri İtaliya A Seriyasının 28-ci turunda "İnter"lə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra diqqət mərkəzinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qadın jurnalistin "Çempionluq şansınız bitdi" sualına "Sən bir qadınsan və gözəlsən. Buna görə də sənə s.... olub getməyini deməyəcəm". deyib.

 

Xanım müxbirə ədəbsiz cavab verən Sarri daha sonra sözlərinə bu cür davam edib: "Mövsüm ərzində yaxşı performans göstərdik.

 

Artıq insanlar bizdən uğur gözləyirdilər. Mövsüm bitməyib. Əgər məndən bir daha "Yuventus"la bağlı soruşulsa, cavab verməyəcəm".

 

"Yuventus" 1 oyun az keçirməklə 71 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. 1 xal geri qalan "Napoli" ikincidi.

Tarix: 12 Mart 18:24    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.