"Mən komandamızın "stavka" oynamamasına başımla cavabdehəm"

«Mən komandamızın «stavka» oynamamasına başımla cavabdehəm».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qaradağ Lökbatan»ın prezidenti Tahir Mustafayev deyib.


I Divizionun lideri yeni ilə uğursuz start verib. Komanda son 3 turu məğlubiyyətlə bitirib. «Şüvəlan», «Xəzər» və «Turan-Tovuz»a yenilgilər QL barədə müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olub.

 

Klubun rəhbərinin fikrincə, hər deyilənə inanmaq lazım deyil, onu əsaslandırmaq, ortaya fakt qoymaq lazımdı:

 

"Komandanın futbolçularının 90 faizi dindardı, namaz qılandı. Onları hər biri ələnib, araşdırılıb, sonra bura götürülüb. Bizdə 1 nəfər yolunu azan yoxdu. Mən bu uşaqların hər birinə qarantam.

 

Heç biri o çirkli yola düşməyib və düşə də bilməz. Çünki «Qaradağ»a çox yüksək səviyyədə baxılır. Problemlərdən uzaq klubuq. Son üç turda uduzmağımız idman xoşbəxtliyinin bizdən üz döndərməsi ilə əlaqədardı.

 

Uduzduğumuz bu oyunların hamısında rəqiblərdən üstün təsir bağışlamışıq. İndi hamı düşüb Həbib Ağayevin üstünə. Neçə adam mənə deyib ki, Həbibdi günahkar. Nə olub, bu, həmin oğlandı ki, «Qaradağ»la 14 oyun uduzmadı. Baş məşqçinin işindən razıyıq və dəstəkləyirik.

 

Başqa məşqçi axtarmırıq, sizi buna tam əmin edirəm. İnşallah, «Ağsu» səfərindən başlayaraq, uğursuzluq zolağından çıxacağıq. Rəqib evdə çox gözəl oynayır. Asan olmayacaq, ancaq bizim də niyyətimiz qələbə qazanmaqdı. Hazırda «Şüvəlan»la aramızdakı xal fərqi 9-du.

 

İclasda futbolçulara da dedim ki, içimizdəki arxayınçılıq hissini çıxarıb atmalıyıq. Qış fasiləsindən bəri nə qədər desək də ki, yox, arxayın deyilik, yenə də görünür ki, bu hiss hər birimizdə var.

 

Götürüm elə özümü. Keçən mövsüm hər oyunu böyük stress içində izləyirdim. Həyacandan 1 dəqiqə bir yerdə qala bilmirdim. Bu çempionatda o həyacandan əsər-əlamət yoxdu, sakit oturub, ləzzətlə oyuna baxıramö. Çünki görürəm ki, komandam güclüdü, gözəl oyun göstərir.

 

Kimsə bizə cadu edib? Mən belə şeylərə inanmıram. «Qaradağ»a cadu edən gedib elə özü çempion olsun da… Görün, edə biləcək? Divizionun hər oyunu müharibədi. Burda döyüşməsən, hər top uğrunda mübarpizə aparmasan, qələbə qazana bilməzsən».

 

Tarix: 12 Mart 18:12    Oxunub: 807    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.