Klub prezidentini əvvəl vurdular, sonra ölümlə hədələdilər

İngiltərə Premyer Liqasının son turunun “Vest Hem” – “Börnli” oyununun (0:3) gedişində xoşagəlməz hadisə yaşanıb.

 

Sportinfo.az xəbər verir ki, qonaqların 3-cü qolundan sonra ev sahibi komandanın azarkeşləri klub rəhbərliyinin oturduğu sektora hücum çəkib.

 

Əvvəlcə səhmdarları təhqir edib istefaya səsləyən fanatlar daha sonra onlara yad cisimlər atmağa başlayıblar.

 

Bu zaman qəpik pullardan biri klubun səhmlərində pay sahibi olan Deyvid Sallivanın gözünə dəyib. Ancaq gözündəki eynək onu ağır xəsarət almaqdan xilas edib.

 

Bəzi azarkeşlər boğaz kəsmək hərəkəti ilə rəhbər şəxsləri təhdid ediblər. Klubun sahibləri 84-cü dəqiqədə mühafizəçilərin müşayiəti ilə stadionu tərk ediblər.

Tarix: 12 Mart 17:48    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.