"Dünya çempionatı məni maraqlandırmır, kasıb olmaq istəmirəm"

Çin Super Liqasında "Şanxay SİPG"də çıxış edən braziliyalı yarımmüdafiəçi Oskar açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, gözlərdən uzaq qalan oyunçunun Braziliya millisinin heyətində dünya çempionatında iştirak etməyəcəyi gözlənilir.

 

Ulduz futbolçu açıqlamasında mundialı deyil, pulu düşündüyünü açıq şəkildə dilə gətirib: "Dünya çempionatına gedib-getməməyim məni maraqlandırmır.

 

Çinə gəldiyim üçün tez-tez tənqid olunuram. Ancaq ailəmi və gələcəyimi düşünmək məcburiyyətindəyəm. Yaşlananda kasıb və dünya çempionatında oynamış insan olmaq istəmirəm".

 

26 yaşlı futbolçu 2016/17 mövsümünün qış fasiləsində 60 milyon avro qarşılığında "Çelsi"dən "Şanxay SİPG"ə keçmişdi. Oskar 2011-ci ildən Braziliya millisində çıxış edir.

Tarix: 12 Mart 17:36    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.