“Nou Kamp”da qol vursam, bunu qeyd edib-etməyəcəyimi bilmirəm"

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Barselona”nın qonağı olacaq “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas matçla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu “Mundo Deportivo”ya açıqlamasında “Barsa”nı keçə biləcəklərini deyib:

 

“Çelsi” “Barselona”nı keçə bilər. Çoxunu təəccübləndirməliyik, ancaq biz buna hazırıq. “Nou Kamp”da qol vursam, bunu qeyd edib-etməyəcəyimi bilmirəm. Bu, həmin anda insanın özündən asılı olmur. Ancaq bunu etmək istəməzdim”.

 

Fabreqas 2011-2014-cü illər aralığında “Barselona”nın şərəfini qoruyub. “Barselona” - “Çelsi” oyunu martın 14-də keçiriləcək. Bu komandalar arasında Londonda baş tutmuş ilk matç 1:1 hesablı bərabərliklə nəticələnib.

Tarix: 12 Mart 17:00    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.