Rəşad Sadiqovu təhqir etdi, sonra gəlib üzr istədi

«Neftçi» Premyer Liqanın növbəti turunda Rəşad Sadiqovun xidmətindən yararlana biləcək.

 

«Sumqayıt»la səfər qarşılaşmasının (0:2) 60-cı dəqiqəsində azarkeşi söydüyünə görə medandan qovulan yarımmüdafiəçiyə AFFA-nın İntizam Komitəsi tərəfindən kəsilən 3 oyunluq cəza müddəti başa çatıb.

 

Sadiqovu öz həmkarının atası söyüb. “Sumqayıt” – “Neftçi” oyununda qırmızı vərəqə alan qonaqların yarımmüdafiəçisini təxribata çəkən bəllidi.


Mətbuatda Rəşadı rəqib oyunçu Ehtiram Şahverdiyevin atasının təhqir etdiyi yazılsa da, əslində, azarkeşlər arasında yer alıb, söz atan maşqası olub.

 

“Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin atası Bəyqulu dəmir torun arxasında toplaşan azarkeşlər arasında olub və futbolçunu da o təhqir edib.


Sportinfo.az-ın məlumatına görə, Nəsənəlizadə ailəsinin başçısı başçısı öz səhvini başa düşüb və qarşı tərəfə jest edib.

 

“Neftçi“ rəsmilərindən, məşqçilərdən və şəxsən sadiqovun özündən üzr istəyib, oyunun gərgin vəziyyətdə izlədiyini və bu üzdən əsəblərinə hakim ola bilmədiyini söyləyib.

Tarix: 12 Mart 16:36    Oxunub: 625    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.