Azərbaycan çempionatında özünün 25-ci qoluna sevindi

Premyer Liqanın 19-cu turunun “Neftçi” ilə qarşılaşmasında “Keşlə”nin qollarına imza atan futbolçular yubiley müəllifi olublar.

 

Sportinfo.az xəbər verir ki, Pərdis Fərcad-Azad Azərbaycan çempionatlarında özünün 25-ci qoluna sevinib.

 

O, bu rəqəmə 125-ci matçında çatıb. Pərdis 25 qoldan 3-nü “Keşlə”də, 22-ni “Sumqayıt”da vurub. Onun komanda yoldaşı Adrian Skarlatake isə 15-ci dəfə qol sevinci yaşayıb.

 

132-ci matçını keçirən rumıniyalı indiki klubunda 4, “Xəzər Lənkəran”da 11 dəfə fərqlənib. “Neftçi” - “Keşlə” oyununda meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

Tarix: 12 Mart 16:00    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.