"Azərbaycanla oyun bizim üçün təkan olacaq"

“Azərbaycan və Sloveniya ilə oyunlar bizim üçün vacibdi.

 

Bu oyunlar Millətlər Liqasına hazırlıq prosesində bizim üçün təkan olacaq”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi İqor Kriuşenko deyib.

 

O, “Tribuna.com”a açıqlamasında martın 23-də Bakıda millimizlə və martın 27-də Sloveniya ilə qarşılaşacaqları yoxlama oyunları haqda danışıb:

 

“Bu oyunlarda 4-3-2-1 taktiki sxemini təkmilləşdirməyə çalışacağıq. Ənənəvi heyətlə çıxış etməliyik. Ancaq bir neçə sistemi də nəzərdən keçirə bilərik.

 

Bu baxımdan qarşıdakı oyunlar faydalı olacaq. Seçmə mərhələdə 4-3-2-1 taktiki sxemində oynayırdıq. Son iki yoxlama matçını da bu takriki düzülüşdə keçirmişik. 4-3-2-1 yığmanın əsas taktiki sxemi ola bilər”.

 

“Belarus 5” telekanalına da danışan 54 yaşlı mütəxəssis hər iki matçda 4-3-2-1 taktiki sxemini təkmilləşdirməyə çalışacaqlarını deyib: “Oturuşmuş heyəti oynatmaq lazımdı.

 

Bundan əlavə, bir neçə sistemi nəzərdən keçirmək baxımından da hər iki görüş bizə faydalı olacaq. Azərbaycanla və Sloveniya ilə matçlarda oyunumuzda hansısa nüansları dəyişə bilərik”.

Tarix: 12 Mart 15:48    Oxunub: 223    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.