Ruslan Abışov “Neftçi”nin tarixində 33-cü futbolçudu ki...

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.

 

Sportinfo.az xəbər verir ki, müdafiəçi Premyer Liqanın 19-cu turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub.

 

Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludu. O, özünün 226-cı matçında buna nail olub.

 

Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.

 

Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb. O, "Neftçi”nin tarixində 33-cü futbolçudu ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Tarix: 12 Mart 14:24    Oxunub: 215    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.