Qurban Qurbanov xəbərdarlıq etdi: Özünü yığışdır, hərəkətlərinə fikir ver, yoxsa…

Premyer Liqanın 20-ci turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” oyuna ciddi itki ilə çıxacaq.

 

Ağdam təmsilçisi “ağ-qaralar”la matçda əsas üzvlərindən Miçel Maderanın xidmətindən istifadə edə bilməyəcək.

 

Premyer Liqanın 19-cu turunun “Zirə” ilə ev matçında (2:0), oyuna əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə alan ispaniyalı cəzalı vəziyyətə düşüb.


Miçel cari mövsümdə 4-cü dəfə sarı vərəqə alıb. Onun hesabında daha bir oyunda qırmızı vərəqəyə çevrilən 2 sarı vərəqə də var. Lakin ispaniyalı həmin matçın cəzasını çəkib və Qurban Qurbanov tərəfindən 2000 avro cərimələnib.


Baş məşqçi Miçeli budəfəki cəzasına görə maddi cəhətdən «tərlətməyib». Amma ki… Sözünü nə formada lazımdısa, deyib.

 

Qurbanov yarımmüdafiəçiyə hərəkətlərinə fikir verməyi, oyun zamanı az danışhmağı, hakimlərlə mübahisə etməməyi tapşırıb. İspaniyalı isə meydanda olduğu vaxt əsəblərinə hakim kəsilməyə çətinlik çəkdiyinri etiraf edib.

 

Təcrübəli mütəxəssis xəbərdarlıq eləyib ki, bu, istənilən halda böyük səhvdi və bir daha təkrarlansa, daha byöük məbləğdə cəriməyə məruz qalacaq (Sportinfo.az).

Tarix: 12 Mart 14:12    Oxunub: 646    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.