"Atam artıq heç kimi tanımır, əməliyyata girsə, sağ çıxmaz”

“Atamın durumu yaxşı deyil, reanimasiyadadı.

 

Müsbətə doğru dəyişiklik yoxdu. Əksinə, onu həyatda saxlayan dərmanlar da təsirini itirməyə başlayıb”.

 

Sportinfo.az xəbər verir ki, bunu AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev deyib.

 

O, hazırda “Baku Medical Plaza”da müalicə alan atasının durumunun daha da pisləşdiyini bildirib: “Həkimlər əlacsız qalıblar. Çünki problem tək ürək deyil, beynindəki şiş hər şeyi pozur.

 

İki əsas orqanın sıradan çıxması həkimlərə nəsə etməyə imkan vermir. Atam artıq heç kimi tanımır. Əməliyyat olunmasa, beyninin düzəlməyi mümkün deyil. Hazırkı vəziyyətdə isə əməliyyata girsə, sağ çıxmaz”.

 

B.Hacıyev fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub. Y.Hacıyev 59 yaşlı mütəxəssisin bu halda yaşamasının möcüzə olduğunu söyləyib.

 

O, atasının qidalanmasının və danışmasının çətinləşdiyini vurğulayıb: “Ürəyi çox pis haldadır. Üç dəfə konsultasiya olub. 

 

İki dəfə Bakıda, bir dəfə Moskvada. Həkimlər deyir ki, bu halda yaşaması belə möcüzədir. Ağır infarkt keçirdi, amma həyatdadı. Əməliyyat oluna bilmədiyi üçün kardiologiyada olan ən ağır dərmanlarla həyatda saxlayırlar” (report).

Tarix: 12 Mart 14:00    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.