Hakim futbolçunu öldürdü, komandanın azarkeşləri kəndi yandırdı

Malavidə “Billiat” və “Çilenqo” arasında keçirilən oyunun sonlarında futbolçulardan biri ölüb, qarşılaşmanın hakimi isə cinayətə görə həbs edilib.

 

Sportinfo.az xəbər verir ki, matçda hakim Makkniqt Nyexeya ilə “Billiat”ın oyunçuları arasında mübahisə yaranıb.

 

Daha sonra olay böyüyüb və futbolçular hakimi döyməyə başlayıb. Makkniqt onların əlindən qaçaraq bir evə sığınıb. Lakin futbolçular əl çəkməyib və ardınca gediblər.

 

“Billiat” futbolçularından birinin meyiti hakimin gizlənməyə çalışdığı evin yaxınlığından tapılıb. Polis Makkniqtin futbolçuya taxta parçası ilə hücum edərək öldürdüyündən şübhələndiyi üçün onu həbs edib

 

Ölən futbolçunun yaxınları və "Billiat" azarkeşləri olayı öyrəndikdən sonra hakimin yaşadığı kəndə hücum edərək evləri yandırıblar, bütün heyvanları öldürüblər. Polis bu olaya qarışanlardan bəzilərini saxlayıb. 

Tarix: 12 Mart 13:48    Oxunub: 282    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.