"Neftçi" elə etməlidi, "Qarabağ"ın arxasınca düşüb qaçmasın

Qələbə ruhunun qayıtması gözəl məqamdı.

"Neftçi"ni qarşıda çox işlər gözləyir. Qışda transfer olunan legionerlər nəinki üstündür, heyətdə olan bir çox futbolçulardan geri qalırlar.

 

Komandanın gücünə güc qatmaq əvəzinə, ancaq maliyyə yükü gətiriblər. Tək müdafiə deyil, "Neftçi"nin dayaq bölgəsində də ciddi problemləri var... 


Çempionat çox zəifləyib. Ən yaxşı vaxtlarında Meza Kolli qardaşları Flavinyo, Reynaldo, Dodo, Almeyda və digərlərinin arxasınca qaçmaq, dayandırmaq haqda düşünürdülərsə, indi karyeralarının sonunda meydanda liderlik edirlər.

 

Hətta Rəşad Sadıqov 25-30 yaşında Oqtay Dərəlioğlu, Bahodur Nasimov, Kanales, Jaba kimi futbolçuların qarşısını almaqla məşğul olurdusa, indi mövqeyini dəyişmədən oyunun yarıdan çoxunu rəqib hissədə, cərimə meydanı önündə keçirir, yaradıcılıqla məşğul olur. 


Belə çempionatda "Neftçi" kimi klubun adı artıq minimum Avroliqanı təmin etməlidir. Son illər hər dəfə bildirirdik, "Neftçi"nin əsas problemi idarəçiliklə bağlıdır. Hər gələn öz bacarıqsızlığını məşqçi, futbolçularda görür, klubu dağıtmaqla məşğul idilər. Tarixi klubda idarəçilik sistemi iflic vəziyyətə salınmışdı.

 

Büdcə dağıdılır, keyfiyyətsiz 10-la futbolçu alınırdı. Son 3-4 ilə nəzər yetirilsə, "Neftçi"də hər altı aydan bir kütləvi heyət dəyişilib. Təbii, bir çox məşqçi, futbolçular da günahsız deyildi. Futbolda bəzi maraqlı vəzifə sahibləri, öyrədilmiş, ən yaxşı halda təhlil etməyən, vəziyyəti başa düşməyənlər rəhbərliyə təriflər yağdırır, "Neftçi^nin çöküşünü sürətləndirməkdə yardımçı olurdular.. Piramida partlayana qədər...

 

Piramidanın son zirvə nöqtəsinə yetişilibmi?! Bunu qarşıdakı aylar göstərəcək. Son iki tur buna bir qədər ümid verir. Rəhbər dəyişikliyinin emosional yüküdür, yoxsa dirçələcək "Neftçi"nin ilk addımları. Zamanla bilinəcək...

 


"Neftçi" qısa vaxtda elə bir duruma gəlməlidir ki, "Qarabağ"ın arxasınca düşüb qaçmasın. "Qarabağ" "Neftçi"ni dayandırmaq haqqında düşünməlidir. 

 

Sabahın daha böyük qələbələri arzusu ilə...

 

Uğurlar, "Neftçi"!

 

Tahir Süleymanov

Tarix: 12 Mart 13:12    Oxunub: 366    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.