2 futbolçu komandanın azarkeşləri tərəfindən döyüldü - FOTO

İtaliya B Seriyasında çıxış edən "Askoli"nin qapıçısı Vinçentso Venditti və yarımmüdafiəçi Samuele Parlati komandanın azarkeşləri tərəfindən döyülüb. 

 

Sportinfo.az xəbər verir ki, futbolçular 0:1 hesabı ilə uduzduqları "Venetsiya" ilə oyundan qayıtdıqları vaxt onların üzərinə 10 nəfərlik qrup hücum edib.

 

Onların sifətləri "Askoli"nin şarflarına bürünmüş vəziyyətdə olub. Döyülən oyunçulardan komandaya hədə dolu sözlər çatdırmalarını istəyiblər.

 

Parlati indiyədək cəmi bir dəfə meydanda olub. Komandanın ikinci qapıçısı olan Venditti isə oyunlarda iştirak etməyib. "Askoli" 30 turdan sonra 26 xalla sonuncu pillədə gedir. 

Tarix: 12 Mart 12:48    Oxunub: 287    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.