Azərbaycanda məmurun polis oğlun idman zalında qan tökdü

Beyləqan rayonunda xanım məmurun polis oğlunun iş yoldaşını bıçaqlaması ilə bir-birinə zidd açıqlamalar verilir, xəbərlər yayılır.

 

Sportinfo.az xəbər verir ki, criminal.az baş vermiş hadisənin təfərrütanı öyrənməyə çalışıb.

 

Əldə etdiyimiz məlumata görə, hadisə yol polis əməkdaşları xidmətdə olan zamanı söyüş üstündə baş verib. Bundan sonra mübahisə yol polis bölməsində davam edib və sonda qanlı hadisə baş verib. 

 

Hadisənin təffərrütına keçməmişdən əvvəl xatırladaq ki, qanlı olay martın 10-da axşam saatlarında Beyləqan rayonu ərazisində baş verib. Verilən məlumata görə, Rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb.

 

Namiq Zeynalov Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib. Hətta Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov Criminal.az-a faktı təsdiq edib.

 

Bildiribki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.  

 

Hadisəni criminal.az-a təsdiq edən Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.

 

Polis rəisinin sözlərinə görə, hadisən ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə ilk olaraq məzuniyyətdə olduğundan məlumatsız olduğunu desə də, sonradan faktı təkzib edib. 

 

Xuraman Rüstəmova Criminal.az saytına açıqlamasında Beyləqan rayon yol polis bölməsinin əməkdaşı olan oğlu Tural Əliyevin iş yoldaşı Namiq Zeynalovu bıçaqlamasını təkzib edib. X.Rüstəmova bildirib ki, oğlu haqda tam yalnış məlumat yayılıb:

 

''Hadisə polislərin idman saatında, məşq edən zaman olub, güləşərkən yüngül zədə alıb. Hazırda həmin polis də işindədir. Bu adam necə bıçaqlanıb ki işdədir. Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə heç bir əlaqəsi yoxdur''. 

.
Diqqətli oxucuların nəzərindən qaçmadı ki, baş vermiş hadisənin hansı şəraitdə, necə baş verməsi ilə bağlı ziddiyətli açıqlamalar verilib. Lakin criminal.az saytının əldə etdiyi məlumata görə, T.Əliyevlə Namiq Zeynalov arasında mübahisə xidmətdə olan zaman baş verib.

 

Mübahisə zamanı N.Zeynalov Turala qarşı nalayiq ifadələr işlədib. Bu zaman əsəbləşən Tural Əliyev ona bir zərbə vurub. Bundan sonra N.Zeynalov polis bölməsinə gələrək T.Əliyev barəsində rəhbərliyə raport yazmaq istəyib. İş yoldaşının belə hərəkətindən əsəbləşən T.Əliyev ona 4 bıçaq zərbəsi endirib. Onlardan yalnız biri N.Zeynalovu kürəyindən yaralayıb. 

 

Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sayta açıqlamasında bildirdi ki, hadisə bıçaqlanma deyil. Şöbə rəisinin sözlərinə görə, kağız kəsən alətlə onlar təsüdüfən bir-birinə xəsarət yetiriblər.


''Burda cinayət faktı olmamalıdı, sadəcə kağızkəsənlə ehtiyatsız davranma nəticəsində baş verib. Məndə olan məlumat belədir. Hadisə necə olubsa, araşdırılacaq. tərəflərdən hansınınsa anası da hadisə haqda düzgün bilməyə bilər.

 

Güləş zamanı alınan xəsarət deyil. Kəsici alətin yaratdığı xəsarətdir. İstənilən halda araşdırma nəticəsində məlum olacaq. Dəqiq informasiyanı Beyləqan polis şöbəsindən alın. Bizdə məlumat var, gizlədilməsi mümkün deyil. Lap təsadüf nəticəsində baş veribsə belə, xidməti araşdırma aparılacaq''-deyə BDYP rəsmisi vurğuladı. 

 

Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakimin köməkçisi, digər qardaşı Elgün Əliyev isə DTX-nin əməkdaşıdı.

Tarix: 12 Mart 11:48    Oxunub: 426    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.