Divizionda matçı zamanı vertolyot stadiona məcburi eniş etdi

İngiltərə dördüncü divizionunda "Çesterfild" və "Linkoln Siti" matçı zamanı azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan vertolyot stadiona məcburi eniş edib.

 

Sportinfo.az xəbər verir ki, azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb.

 

Matçda 30 dəqiqə fasilə yaranıb. Təcili yardım vertolyotu "Çesterfild" stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə biliblər. "The Sun" nəşri yazır ki, azarkeşin vəziyyəti yaxşıdır və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Tarix: 12 Mart 09:00    Oxunub: 230    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.