"Sumqayıt"da artım var - FOTO

Premyer Liqada 2017/18 mövsümünün böyük bir hissəsi arxada qalıb. 

 

Sportinfo.az xəbər verir ki, 19 tur ərzində "Sumqayıt" 9 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 31 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.

 

Komanda geridə qalan 19 tur ərzində cəmi 8 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 10578 nəfər azarkeş oyunu tribunalardan izləyib.

 

"Sumqayıt" bütün azarkeşlərinə komandanı tək buraxmadıqları üçün təşəkkür edib, 14 mart saat 20:00-da Premyer Liqanın 20-ci turu çərçivəsində doğma meydanda baş tutacaq "Sumqayıt" - "Kəpəz" matçında 90 dəqiqə komandanın yanında olmağa dəvət edib.

 

“Sumqayıt Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidi:

 

1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)
6. “Sumqayıt” FK – “Səbail” (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" (1300 azarkeş)
8. "Sumqayıt" FK – "Qarabağ" (1326 azarkeş)

Tarix: 12 Mart 08:24    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.