"Bizim üçün də qollar vurması üçün onu transfer etmişik"

"Everton"un baş məşqçisi Sem Ellardays Premyer Liqanın 30-cu turunda "Brayton"a 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunda 2-ci qolun müəllifi olan türkiyəli hücumçu Cenk Tosunla bağlı danışıb:

 

"Cenk Tosunun vəziyyəti necə bitirdiyini gördüz? Onun bacarığını gördük. Çox az bir boşluq tapdı və möhtəşəm şəkildə tamamladı.

 

"Niyə onu aldız və oynatmırsız" sualları çox verilirdi. Tam hazır olmadığı üçün az şans verirdik. Əgər oynatsaydım, daha çox tənqid olunacaqdı. Səbirli davrandıq, Cenk də üzərində çox çalışdı.

 

Sonda da öz bacarığını nümayiş etdirdi. Onun Türkiyədə vurduğu qolları görmüşdük. Bu səbəbdən "Everton"a gətirdik. Bizim üçün də qollar vurması üçün transfer etmişik. Artıq son iki oyunda bunu bacarır".

 

Cenk Tosun qış fasiləsində "Beşiktaş"da Liverpul təmsilçisinə 22+6 milyon avroya transfer olub. O, son iki oyunda iki qol vurub.

Tarix: 12 Mart 08:12    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.