"Qəbələ”nin belə xallar itirməsi mənim üçün də gözlənilməz oldu"

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 19-cu tur matçı barədə danışıb.

 

- Erkən qol vurmağımız yaxşı oldu. Bir az sonra isə ikinci qolu vurduq. Həmişə olduğu kimi, oyuna da biz nəzarət edirdik. Düşünürəm ki, komanda bu gün 3 xala layiq oyun sərgilədi.

 

Oyunun gedişində bir neçə dəfə mövqeyini dəyişdin. Bununla bağlı nə deyə bilərsən?
- Məşqçi mənə meydanda sərbəst hərəkət etmək imkanı yaradır. Bunun üçün sevinirəm. Bu gün də uğurlu alındı. Bəzən vəziyyətdən asılı olaraq, mövqeyimi dəyişirdim. Qol da vurdum.

 

Növbəti oyun "Neftçi” ilə qarşılaşacaqsız. Bu komanda son turlarda yaxşı çıxış edir...
- Biz də bilirik ki, bu komanda yaxşı formadadı. Ardıcıl qələbələr qazanırlar. Bu oyunda da meydana hər zaman olduğu kimi, 3 xal üçün çıxacağıq. "Qarabağ” olaraq məqsədimiz budu. Onları isə çətinə salmağa çalışacağıq.

 

Demək olar ki, "Qəbələ” çempionluq mübarizəsindən qopub. Bu, sənin üçün gözlənilməz oldu?
- "Qəbələ”nin belə xallar itirməsi mənim üçün də gözlənilməz oldu. Heç kəsi hesabdan silmirik. Heç nə həll olunmayıb. Biz mübarizəmizi davam etdirəcəyik. Addım-addım irəliləyirik. Hər zaman qarşımızdakı növbəti oyuna baxırıq. Çempionatın qalan 9 turunda da eynisini etməyə çalışacağıq.

 

Sənin fikrincə, irəli xəttdə Mahir Mədədov istedadlıdı, yoxsa Ramil Şeydayev?
- Bu məsələlər barədə danışmayaq. Bu qərarları məşqçi verir. Komandamızın bütün hücumçuları bizim üçün önəmlidi. Məşqçi start heyətdə Ramilə şans verdi. Bu məsələyə qarışmaq istəməzdim.

Tarix: 12 Mart 00:30    Oxunub: 228    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.