Fərid olmadı, Muradovun qolu “Slaviya”nı xilas etmədi

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 21-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb.

 

Praqa təmsilçisi səfərdə “Bohemians”la qarşılaşıb. Matç həmyerlilərimizin komandasının 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Nəbiyev bu oyunun iştirakçısı olmayıb. 90 dəqiqə şans qazanan Rövlan isə 1 qola imza atıb. 21 turdan sonra hesabında 29 xal olan “Slaviya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Tarix: 12 Mart 00:10    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.