"Ümid edirəm ki, mənim hələ qələbə qazanmaq şanslarım olacaq"

Rusiyalı şahmatçı Sergey Karyakin hesab edir ki, onun Berlində keçirilən İddiaçılar turnirində qələbə qazanmaq şansları var.

 

Sportinfo.az xəbər verir ki, o bunu I turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra deyib.

 

Növbəti turda Karyakin digər rusiyalı şahmatçı Kramniklə qarşılaşacaq: "Ola bilsin ki, mən turnir başlayana qədər indikindən daha nikbin idim.

 

Lakin turnir uzun çəkəcək və ümid edirəm ki, mənim hələ qələbə qazanmaq üçün şanslarım olacaq. Bunun üçün mənə öz oyunumu tapmaq lazımdır", - deyə o bildirib.

Tarix: 11 Mart 13:59    Oxunub: 291    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.