"Sumqayıt"ın "ağ atlı oğlanı": "Bombardir olsam, daha yaxşıdı"

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın hücumçusu Amil Yunanov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Səbail”ə qalib gəldikləri oyundan (1:0) sonra sualları cavablandırıb. 


- Bizi çətin oyunun gözlədiyini əvvəlcədən bilirdik. Belə də oldu. Əsas məsələ komandanın nəticəsidir. Bir çox qol epizodundan yararlana bilmədik. Amma hər halda sevindirici haldır ki, bir qol vurduq və vacib olan 3 xalı qazandıq.
 

Yenə qol vurdun və Premyer Liqadakı qollarının sayını 8-ə çatdırdın. Bombardir olmağı düşünmürsən?
- Açığı, qol vuraraq, komandama kömək etməyi düşünürəm. Düzdü, bombardir olsam, daha yaxşıdı. Lakin bu barədə düşünmürəm. Fikrimi sırf buna yox, komandama yönəltmişəm. İstəyirəm ki, "Sumqayıt" yaxşı nəticələr əldə etsin. Bir hücumçu kimi qol vuraraq, komandama yardımçı olmağa çalışıram.  


Rəqibin daha fəal olduğunu nəzərə alsaq, səncə, hesab oyuna görə oldu?
- İkinci hissədə "Səbail" bizdən üstün təsir bağışlayırdı. Lakin bizim də qol epizodlarımız oldu. Şəxsən mən 2-3 epizod yaxaladım. Məncə, bərabər oyun getdi. Rəqib də yaxşı komandadı. Əsas odu ki, qələbə qazandıq. 


Yeni klub prezidenti Riad Rəfiyev paltardəyişmə otağında sizə nə dedi?
- Heç nə. Komandanı təbrik etdi. 


- Deyəsən, əvvəlki klub prezidenti Kamran Quliyev də paltardəyişmə otağında idi?
- Xeyr. Açığı, onu görmədim.

Tarix: 11 Mart 12:02    Oxunub: 370    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.