Azərbaycan millisi Antalyaya - Avropa çempionatına yollanır

Fevralın 6-9-da Türkiyənin Antalya şəhərində taekvondo üzrə komandalararası Avropa çempionatı keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, sayca 5-ci dəfə təşkil olunacaq G1 kateqoriyalı yarışa Azərbaycan millisi də qatılacaq.
 
Çempionatda ölkəmizi “Gilan”, “Savalan”, “Qafqaz”, “Zenit”, “Gömrükçü” (1 saylı və 2 saylı Sumqayıt), “Təhsil”, “Fərasət”,  “Aran”  “T. İsmayılov” klublarının üzvləri, həmçinin Lənkəran, Quba və Gəncə UGİM-lərinin idmançıları təmsil edəcəklər.
 
Bir gün fasilədən sonra - fevralın 11-də isə sayca 4-cü “Turkish Open” beynəlxalq turnir başlanacaq. 4 gün davam edəcək G2 kateqoriyalı turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız geniş heyətlə qatılacaq.
 
Yarışlarda ədalət təmsilçilərimizdən isə federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev, Elşad Məmmədov, Tural Vəlibəyov, Ramal Camalov və Çoşqun Nadirli iştirak edəcək.
 
Komandamız sabah Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qardaş ölkəyə yollanacaq və fevralın 16-da vətənə dönəcək.

Tarix: 4 Fevral 00:40    Oxunub: 224    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.