Qurban Qurbanov "Neftçi"dən konkret danışdı: "Öz oyununu tapıb"

Premyer Liqanın 19-cu turunda evdə “Zirə”ni məğlub edən (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında sualları cavablandırıb.

 

Sportinfo.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm.

 

Həmişə Ramil Şeydayevə az şans verdiyiniz deyilirdi. Bu gün onun oyunundan razı qaldız?
- Bəli, razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu oyunda çox çalışdı. Çox istəkli idi.

 

Ancaq Ramil sanki qol duyumunu itirib...
- Bu, normal haldı. Həmin epizodları əldə etmək əsasdı. Əsas odu ki, qol fürsəti əldə edə bilirdi. Hücumçu üçün əsas xüsusiyyət budu. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək.

 

Növbəti oyunda “Neftçi” ilə qarşılaşacaqsız. Rəqib son vaxtlar öz oyununu tapıb...
- Bəli, məncə də, rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə oyunda 2, “Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.

Tarix: 11 Mart 09:26    Oxunub: 322    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.