Məmmədyarov İddiaçılar Turnirinə qələbə ilə başladı

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinlə qarşılaşıb.

 

Görüş 72-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0. Turun digər görüşləri belə nəticələnib:

 

Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0

Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.

 

İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir.

 

II turda Məmmədyarov ağ fiqurlarla Aronyanı sınağa çəkəcək. Bundan başqa Qrişuk - So, Lijen - Karuna və Kramnik - Karyakin görüşləri keçiriləcək.

Tarix: 11 Mart 00:50    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.