"Allah eləməsin, bu gün məğlub olsaydıq, nələr ola bilərdi..."

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:

 

“Həddindən artıq çətin, komandamızın adına layiqli qələbə oldu. Şükür Allaha ki, bu gün 3 xal əldə etdik. Allah eləməsin, bu gün məğlub olsaydıq, nələr ola bilərdi...

 

Arxadan gələn rəqibin təzyiqi vardı. Məğlubiyyət xal fərqinin daha da azalması demək idi. Əvvəllər bu duruma düşmədiyimizdən komandanı necə motivasiya edəcəkdik, bunu bilmirdik. Ona görə də bir az qorxu, həyəcan vardı. Ancaq bunlar olmadı. 

 

Sevindirici haldı ki, çox yaxşı oynadıq. Məşqlərdəkilərin hamısı alındı. Qələbəyə layiq idik, bunu da qazandıq. Yeni prezidentimizlə oyundan öncə görüşümüz oldu. Bizə uğurlar arzuladı. Onun adını eşitmişdim, ancaq şəxsi tanışlığım yox idi.

 

Bir dəfə görüşümüz olmuşdu, o da PRO kateqoriyasıyla bağlı. İnşallah, bundan sonra yaxından tanış olacağlq, birgə uğur qazanarıq. Vaxt keçdikdə daha da yaxşı tanıyandan sonra fikir söyləyə bilərəm. Əvvəlcə yeni prezidentimizin fikirləriylə tanış olarıq, sonra mən danışaram”.

Tarix: 10 Mart 20:48    Oxunub: 387    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.