"Sumqayıt"ın prezidenti: "Nə menecer? Şəxsi agenti olduğum futbolçu yoxdu"

"Bütün komandaya minnətdarlığımı bildirirəm.

 

Klub prezidenti kimi ilk oyunumda qələbə qazandıqları üçün təşəkkür etdim.

 

Çox çətin oyun oldu. "Səbail"ə də növbəti oyunlarda uğurlar arzulayıram".

 

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun yeni prezidenti Riad Rəfiyev səfərdə "Səbail"i 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIX tur matçından sonra deyib.

...

Necə oldu ki, "Sumqayıt"ın prezidenti oldunuz?

- Klubun Müşahidə Şurası ilə görüşümüz oldu. Sonra isə qərar qəbul edildi.

 

Qərar qəbul etməyə çoxmu vaxt sərf etdiniz?

- Çox yox, bir qədər çəkdi.

 

Klubun inkişaf strategiyasını necə görürsünüz?

- Yeni vəzifədə işə martın 12-də başlayacağam. Klubla tanışlıq üçün mənə bir az vaxt lazım olacaq. Bundan sonra söz verirəm ki, hamınıza müsahibə verəcəyəm. Hər şey barədə danışacağıq. Problem yoxdur. Mən mətbuata açıq adamam, qapalı insan deyiləm. Sadəcə, hələ klubla yaxından tanış olmamışam. İşə başladıqdan sonra hər şey barədə ətraflı danışarıq.

 

Klub prezidenti kimi işə başladıqdan sonra Premyer Liqadakı futbolçuların agenti olaraq, fəaliyyətinizi donduracaqsınız?

- Nə menecer? Belə şey heç vaxt olmayıb axı... AFFA olaraq, futbolçularımıza kömək etmişik ki, gedib xaricdə oynasınlar. Şəxsi agenti olduğum futbolçu yoxdur.

 

Oyunu hazırda "Neftçi"də çalışan "Sumqayıt"ın keçmiş meneceri Ceyhun Sultanovla birgə izlədiniz. Ondan məsləhətlər aldınız?

- Ceyhun bizim dostumuzdur. Onunla hər şey barədə danışmışıq.

Tarix: 10 Mart 19:48    Oxunub: 527    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.