Azərbaycanlı deputatlar turnirə Latviya üzərində qələbə ilə başladı

Martın 9-da Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.

 

Sportinfo.az-ın Milli Məclisin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar.

 

Oyunu Milli Məclisin sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər izləyiblər. Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar.

 

Qarşılaşmadan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüş 3:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.

 

Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər. Bu oyunda Türkiyə təmsilçiləri 5:1 hesabı ilə qalib gəliblər.

 

Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.

Tarix: 10 Mart 19:24    Oxunub: 261    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.