Dünya reytinq cədvəlinin ilk "onluğ"unda üç azərbaycanlı

Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.

 

Sportinfo.az xəbər verir ki, mart ayı üçün tərtib olunan siyahıda yığmamızın üç taekvondoçusu yer alıb.

 

Hesabında 423,14 xal olan “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində ikinci pillədədi. Dünya çempionu və Olimpiya mükafatçısı Milad Beigi Hərçeqani də (80 kq) 444,93 xalla reytinq cədvəlində ikinci yerdə qərarlaşıb.

 

Altmış səkkiz kiloqram çəki dərəcəsində “Bakı-2015”in və İslamiadanın çempionu olan Ayxan Tağızadə isə 197,23 xalla səkkizinci pillədə yer alıb. Reytinq xalları Dünya Taekvondo Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir.

 

Taekvondo qaydalarına görə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar. 

Tarix: 10 Mart 19:12    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.