Bakıda “Topaz” qarət edildi - ələ keçən 85 manat oldu

Bakıda “Topaz” qarət edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsindən oğurluq edilməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

 

Sportinfo.az xəbər verir ki, dərhal hadisə yerinə gələn Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.

 

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

 

Onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Tarix: 10 Mart 18:48    Oxunub: 348    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.