“Qəbələ”nin futbolçuları və azarkeşləri Gəncədə daşa basıldı

“Qəbələ” Gəncədə daşqalaq edilib.

 

Komandanın avtobusu, eləcə də azarkeşləri daşıyan mikroavtobus ciddi xəsarət görüb.

 
Sportinfo.az xəbər verir ki, dünən Topaz Premyer Liqasının növbəti turu çərçivəsində “Kəpəz”in qonağı olan “qırmızı-qaralar” qazandıqları qələbəyə görə (1:0) bu aqibətlə üzləşib.
 
Yerli fanatlar matçdan sonra stadionu tərk edən klub avtobusunu daş  atəşinə tutub. Arena yaxınlığındakı bu hadisə nəticəsində avtobusun şüşəsi sınıb, eləcə də nəqliyyat vasitəsinə digər kiçik xəsarətlər yetirilib.
 
“Qəbələ” tərəfi bu barədə polisə məlumar verib, eyni zamanda AFFA nümayəndəsi də raport yazmaq üçün olay barədə qeydlərini götürüb.
 
Oxşar hadisə qonaq azarkeşləri daşıyan mikroabtobusla da bağlı təkrarlanıb. Amma fotodan gördüyünüz kimi, böyük xəsarət qeydə alınmayıb.
 
İstənilən halda, qonaq komandanın təhlükəsizliyi təmin edilməyib və buna görə məsuliyyət meydan sahibinin boynundadı. Güman ki, qarşıdakı həftə AFFA İntizam Komitəsinin iclasında “Kəpəz”ə cərimə kəsiləcək.
 
 
Tarix: 10 Mart 18:36    Oxunub: 401    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.